İspaniyanın La-Qomera adasında britaniyalı turistləri daşıyan avtobusun dərəyə aşması nəticəsində azı bir nəfər ölüb, 27 nəfər yaralanıb.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, yaralılardan üçünün vəziyyəti ağırdır.
Məlumata görə, zərərçəkənlər helikopterlə xəstəxanaya çatdırılıblar. Sərnişinlər arasında 27 Böyük Britaniya vətəndaşı olub.
Avtobusun yerli turizm şirkətinə məxsus olduğu qeyd olunur. Hadisənin səbəbləri araşdırılır.
Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində Bakı vaxtı ilə saat 23:00-da "Avroviziya" mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.
İran ordusu Hörmüz boğazı akvatoriyasında donanmanın nəzarət etdiyi ərazinin miqyasını böyüdüb.