Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çinə səfər edib.
Oxu.Az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Səfər çərçivəsində bu ölkənin Milli Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsində "Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi" mövzusunda işçi görüşü keçirilib.
Görüşdə ölkələri arasında hərbi əməkdaşlığın cari vəziyyəti, inkişafı üçün mövcud olan potensial imkanlar və gələcək planlar barədə danışıqlar aparılıb, qarşılıqlı maraq doğuran bir sıra əməkdaşlıq istiqamətləri haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Tərəflər ötən il üçün müəyyən edilmiş hərbi əməkdaşlıq planında nəzərdə tutulan fəaliyyətlərin icrasını müsbət qiymətləndirib və cari ildə planlaşdırılan tədbirlərin icrası məsələlərini müzakirə ediblər.
Görüşdə, həmçinin Azərbaycanla Çin arasında hərbi əməkdaşlığın təcrübə və informasiya mübadiləsi baxımından faydalı olduğu vurğulanıb.
Qeyd edək ki, işçi görüşün əsas məqsədi, hər iki ölkənin müdafiə qurumları arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsidir.

Dövlət İmtahan Mərkəzi mayın 17-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək.
Slovakiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bratislava Beynəlxalq Müdafiə Sərgisi (IDEB) Konfransında, həmçinin Müdafiə və Təhlükəsizlik Sərgisində iştirak edib.
10-11 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üzrə Könüllülər Proqramı çərçivəsində təşkil olunan məkan təlimləri başa çatıb.