Əli Əsədov litvalı həmkarı ilə görüşüb - FOTO

Əli Əsədov litvalı həmkarı ilə görüşüb - FOTO
09 Apr 2026 13:22

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 9-da ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Baş naziri İnqa Ruqiniene ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Litva arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini məmnunluqla qeyd edərək, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu vurğulayıblar.

İqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin artırılması və investisiya imkanlarının təşviqi məsələlərinə xüsusi diqqət yetirilib. Bu kontekstdə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilərək, Orta Dəhliz və digər beynəlxalq nəqliyyat marşrutları üzrə qarşılıqlı fəaliyyətin genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Enerji sahəsində əməkdaşlıq imkanları da diqqət mərkəzində olub.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edərək, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişaf etdirilməsinin önəmini qeyd ediblər.

Əli Əsədov litvalı həmkarı ilə görüşüb - FOTO


13 Apr 2026
Siyasət

Paytaxtın bir çox küçələrində sıxlıq müşahidə olunur - FOTO - 13.04.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

11 Apr 2026
Siyasət

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - VİDEO

Azərbaycan desantları Türkiyənin Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2026" ("Anadolu Ankası - 2026") beynəlxalq axtarış-xilasetmə təlimində şərti terrorçunu zərərsizləşdirib və qrup rəhbərini ələ keçirib.

11 Apr 2026
Siyasət

Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çinə səfər edib.