Sabah 22 dərəcə isti olacaq - 10.04.2026

Sabah 22 dərəcə isti olacaq - 10.04.2026
09 Apr 2026 12:56

Azərbaycanda aprelin 10-na gözlənilən hava şəraiti açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.


11 Apr 2026
Cəmiyyət

Sabah 15 dərəcə isti olacaq - 12.04.2026

Azərbaycanda aprelin 12-də gözlənilən hava şəraiti açıqlanıb.

11 Apr 2026
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT

Dünya bazarında "Azeri Light" markalı neftin qiyməti azalıb.

10 Apr 2026
Cəmiyyət

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır.

10 Apr 2026
Cəmiyyət

Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır

Aprelin 13-ü saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır.