İndoneziyada Semeru vulkanında ardıcıl püskürmələr qeydə alındı

İndoneziyada Semeru vulkanında ardıcıl püskürmələr qeydə alındı
09 Apr 2026 12:06

İndoneziyanın Şərqi Yava əyalətində yerləşən Semeru vulkanında ən azı dörd püskürmə baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə "Antara" agentliyi vulkanik müşahidə məntəqəsinin məlumatlarına istinadən bildirib.

Məlumata görə, püskürmə zamanı yaranan kül sütunu kraterdən 1000 metr yüksələrək dəniz səviyyəsindən 4676 metr hündürlüyə çatıb.

Hakimiyyət orqanları yerli sakinlərə və turistlərə təhlükəsizlik məqsədilə kraterdən ən azı 5 kilometr uzaq məsafədə qalmağı tövsiyə edib. Bu xəbərdarlıq püskürmə zamanı isti qaya parçalarının ətrafa yayılması riski ilə əlaqələndirilir.

Qeyd edək ki, püskürmələr zamanı vulkandan əsasən şimal-şərq istiqamətində ağ və boz kül buludları yayılıb.

Bildirilir ki, Semeru İndoneziyanın ən böyük vulkanlarından biri olmaqla yanaşı, Yava adasının ən yüksək zirvəsi hesab olunur və hündürlüyü 3676 metrə çatır.


11 Apr 2026
Dünya

Çad 1,3 milyon sudanlı qaçqına ev sahibliyi edir

Sudanda döyüşlər davam etdiyi üçün Çad hazırda 1,3 milyon sudanlı qaçqına ev sahibliyi edir.

11 Apr 2026
Dünya

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

11 Apr 2026
Dünya

Rusiya FHN: Dağıstanda 760-dan çox ev su altındadır

Dağıstanın (Rusiya) doqquz yaşayış məntəqəsində 760-dan çox ev su altındadır.

11 Apr 2026
Dünya

Avropada qazın qiyməti aşağı düşüb

Avropada qazın dəyəri 5 faiz azalma göstərib.

11 Apr 2026
Dünya

Həftəlik göstəricilər: Dollar sabit, digər valyutalar yüksəlişdə

Manatın ABŞ dollarına nisbətdə məzənnəsi bu həftə dəyişməz qalıb.