Tamblinq üzrə Azərbaycan milli komandasının iki üzvü Portuqaliyada keçirilən Avropa çempionatında final mərhələsinə vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, Tofiq Əliyev (54.700 xal) və Mixail Malkin (54.800 xal) həlledici mərhələdə mübarizə aparacaqlar.
Azərbaycan millisi, həmçinin tamblinq üzrə komanda hesabında da finala yüksəlib.
"Birlik" Karate Klubunun iki idmançısı Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq "Grand Prix" turnirində birinci yeri tutublar.
Azərbaycanın tanınmış idmançıları - taekvondoçu Qaşım Maqomedov və yunan-Roma güləşçisi Həsrət Cəfərov tezliklə yeni medallarına qovuşacaqlar.
Azərbaycan velosipedçisi Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb.