Azərbaycanla Serbiya iqtisadi əməkdaşlığı müzakirə edilib

Azərbaycanla Serbiya iqtisadi əməkdaşlığı müzakirə edilib
08 Apr 2026 15:54

Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.

“SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə birlikdə Serbiya Respublikasının mədənçilik və energetika naziri Dubravka Dedoviçlə görüş keçirdik. Görüş zamanı ölkələrimiz arasında strateji tərəfdaşlığı və iqtisadi əlaqələrin inkişafında müsbət dinamikanı vurğuladıq.

Həmçinin enerji, "yaşıl texnologiyalar", infrastruktur, sənaye və investisiya sahələrində əməkdaşlığın hazırkı vəziyyətini və gələcək perspektivlərini, o cümlədən SOCAR ilə əməkdaşlıq çərçivəsində görülən işləri və potensial birgə layihələri müzakirə etdik”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar ayında Azərbaycandan Serbiyaya 13,2 milyon ABŞ dolları dəyərində 34,7 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 3,5 milyon dollar və ya 20,8%, həcminə görə isə 73 min kubmetr və ya 0,2% azalıb.


11 Apr 2026
Siyasət

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - VİDEO

Azərbaycan desantları Türkiyənin Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2026" ("Anadolu Ankası - 2026") beynəlxalq axtarış-xilasetmə təlimində şərti terrorçunu zərərsizləşdirib və qrup rəhbərini ələ keçirib.

11 Apr 2026
Siyasət

Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çinə səfər edib.

11 Apr 2026
Siyasət

Prezident İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfərindən eksklüziv görüntülər yayılıb.