İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
08 Apr 2026 15:35

Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.

Oxu.az President.az-a istinadən xəbər verir ki, dövlətimizin başçısı İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb.

Məsud Pezeşkian bu təbriklərə və ölkəmizin İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi aparılıb.


13 Apr 2026
Siyasət

Paytaxtın bir çox küçələrində sıxlıq müşahidə olunur - FOTO - 13.04.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

11 Apr 2026
Siyasət

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - VİDEO

Azərbaycan desantları Türkiyənin Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2026" ("Anadolu Ankası - 2026") beynəlxalq axtarış-xilasetmə təlimində şərti terrorçunu zərərsizləşdirib və qrup rəhbərini ələ keçirib.

11 Apr 2026
Siyasət

Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çinə səfər edib.