Suriya hava məkanının açıldığını bəyan etdi

Suriya hava məkanının açıldığını bəyan etdi
08 Apr 2026 15:27

Suriya hava məkanını açıb və Dəməşq Beynəlxalq Aeroportu fəaliyyətini bərpa edib.

Oxu.Az xəbər verir ki, bu barədə sözügedən ölkənin Mülki Aviasiya və Hava Nəqliyyatı İdarəsi məlumat yayıb.

"Əvvəllər bağlanan bütün hava dəhlizlərinin fəaliyyətinin bərpasını, Suriyanın hava məkanının açılmasını, həmçinin Dəməşq aeroportunun fəaliyyətinin bərpasını elan edirik", - deyə idarədən bildirilib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

8 aprel 2026-cı il tarixində Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.


20 İyul 2026
Dünya

Rusiyada da güclü zəlzələ oldu

Rusiyanın Kamçatka diyarının inzibati mərkəzi Petropavlovsk-Kamçatskidən cənub-şərqdə yerləşən akvatoriyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

20 İyul 2026
Dünya

"Brent" markalı neftin qiyməti 90 dolları keçdi

Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi fonunda neft bahalaşır.

20 İyul 2026
Dünya

Bu ölkədə Eboladan ölənlərin sayı 900-ə yaxınlaşıb

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına təsdiqlənmiş yoluxma halları 2 267-yə yüksəlib, onlardan 893-ü ölümlə nəticələnib.

20 İyul 2026
Dünya

İranda ard-arda iki güclü zəlzələ oldu

İranın Kirmanşah əyalətinin Kozran bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib.