Atəşkəsdən sonra ilk gəmilər Hörmüz boğazından keçib

Atəşkəsdən sonra ilk gəmilər Hörmüz boğazından keçib
08 Apr 2026 15:10

İranla ABŞ arasında atəşkəslə bağlı müvəqqəti razılaşmanın əldə olunmasından sonra ilk iki gəmi Hörmüz boğazından keçib.

Trend xəbər verir ki, bu barədə dəniz nəqliyyatının real-vaxt monitorinqini həyata keçirən “Marine Traffic” yazır.

Məlumata görə, Yunanıstana məxsus “NJ Earth” gəmisi Qrinviç vaxtı ilə 08.44-də (Bakı vaxtı ilə 12.44-də), Liberiya bayrağı altında üzən “Daytona Beach” gəmisi isə Qrinviç vaxtı ilə 06:59-da (Bakı vaxtı ilə 10:59-da) Hörmüz boğazından uğurla keçib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara hazırlaşırlar.


6 Okt 2026
Dünya

Xarkovda dağıntılar altında insanlar axtarılır

Xarkovda Rusiya Ordusunun endirdiyi aviazərbələr nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb.

6 Okt 2026
Dünya

Keniyada Ebola virusuna ilk yoluxma halı qeydə alınıb

Keniya Səhiyyə Nazirliyi ölkədə ilk Ebola virusu infeksiyasının qeydə alınması faktını təsdiqləyib.

6 Okt 2026
Dünya

Estoniya Moldovada səfirlik açır

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Kişineua səfəri çərçivəsində moldovalı həmkarı, baş nazirinin müavini Mihai Popşoyla görüşüb.

6 Okt 2026
Dünya

Nigeriyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədəki 32 nəfərin hamısı həlak oldu - Video

Nigeriya Prezidenti Bola Tinubu ölkənin Hərbi Hava Qüvvələrinə məxsus "ATR-42" təyyarəsinin qəzaya uğradığını və göyərtəsində olan 32 nəfərin həlak olduğunu təsdiqləyib.

5 Okt 2026
Dünya

Özbəkistanda yeni qaz-kondensat yatağı kəşf edilib

Özbəkistanın Üstyurt regionunun mərkəzi hissəsində aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni "Karatau" qaz-kondensat yatağı kəşf olunub.