Pakistan və Əfqanıstan arasında mühüm razılaşma əldə olundu

Pakistan və Əfqanıstan arasında mühüm razılaşma əldə olundu
08 Apr 2026 14:40

Çin Xalq Respublikasının Urumçi şəhərində baş tutan və bir həftə davam edən qeyri-rəsmi danışıqların yekununda Əfqanıstan və Pakistan arasında razılaşma əldə olunub.

Çinin vasitəçiliyi ilə keçirilən görüşdə tərəflər mövcud ziddiyyətləri qısa müddətdə nizamlamağın vacibliyini vurğulayıblar. Eyni zamanda vəziyyəti daha da gərginləşdirə biləcək hərəkətlərdən imtina olunacağını bəyan ediblər.

Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi sözçüsü Mao Ninq açıqlama verib.

XİN rəsmisinin sözlərinə görə, aprelin 1-dən 7-dək Urumçidə hər üç ölkənin təhlükəsizlik, müdafiə və diplomatiya sahələrini təmsil edən nümayəndə heyətləri arasında bir neçə qeyri-rəsmi görüş təşkil olunub. Tərəflər mübahisəli məsələlərin yalnız qarşılıqlı müzakirələr və dialoq vasitəsilə həllinə tərəfdar olduqlarını təkrarlayıb, eskalasiyaya səbəb ola biləcək addımlardan uzaq duracaqlarına dair öhdəlik götürüblər.

Sözçü diqqətə çatdırıb ki, danışıqlar prosesində Pakistan və Əfqanıstan arasındakı əlaqələrin kompleks şəkildə normallaşdırılması yolları nəzərdən keçirilib, həmçinin ilk növbədə həllini gözləyən məsələlər dəqiqləşdirilib.

Çin XİN nümayəndəsi yekunda bildirib ki, Pekin bundan sonra da ortaq məsləhətləşmələrə ev sahibliyi edəcək.


11 Apr 2026
Dünya

Çad 1,3 milyon sudanlı qaçqına ev sahibliyi edir

Sudanda döyüşlər davam etdiyi üçün Çad hazırda 1,3 milyon sudanlı qaçqına ev sahibliyi edir.

11 Apr 2026
Dünya

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

11 Apr 2026
Dünya

Rusiya FHN: Dağıstanda 760-dan çox ev su altındadır

Dağıstanın (Rusiya) doqquz yaşayış məntəqəsində 760-dan çox ev su altındadır.

11 Apr 2026
Dünya

Avropada qazın qiyməti aşağı düşüb

Avropada qazın dəyəri 5 faiz azalma göstərib.

11 Apr 2026
Dünya

Həftəlik göstəricilər: Dollar sabit, digər valyutalar yüksəlişdə

Manatın ABŞ dollarına nisbətdə məzənnəsi bu həftə dəyişməz qalıb.