Qazaxıstan nazirləri Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət etdilər - FOTO

Qazaxıstan nazirləri Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət etdilər - FOTO
08 Apr 2026 12:39

Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayev və nəqliyyat naziri Nurlan Sauranbayev aprelin 8-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə tər güllər düzülüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Eyni zamanda, Zəfər parkı da ziyarət olunub, abidə önünə əklil qoyulub.

 

 



11 Apr 2026
Siyasət

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - VİDEO

Azərbaycan desantları Türkiyənin Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2026" ("Anadolu Ankası - 2026") beynəlxalq axtarış-xilasetmə təlimində şərti terrorçunu zərərsizləşdirib və qrup rəhbərini ələ keçirib.

11 Apr 2026
Siyasət

Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çinə səfər edib.

11 Apr 2026
Siyasət

Prezident İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfərindən eksklüziv görüntülər yayılıb.