"Birləşmiş Ştatlar hazırda İranla bağlı gərgin danışıqlar aparır".
Oxu.Az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində müzakirələrlə bağlı sualı cavablandırarkən bildirib.
ABŞ administrasiyasının rəhbəri danışıqların detalları barədə açıqlama verməkdən imtina edib.
"Hal-hazırda biz gərgin danışıqlar aparırıq", - deyə telekanalın jurnalisti Jaki Haynrik "X" platformasında amerikalı liderin sözlərindən sitat gətirib.
Ağ Evin rəhbəri əlavə edib ki, yaxın vaxtlarda Pakistanın ultimatumun müddətinin uzadılması ilə bağlı təklifinə dair ətraflı brifinq gözləyir.
Sudanda döyüşlər davam etdiyi üçün Çad hazırda 1,3 milyon sudanlı qaçqına ev sahibliyi edir.
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.