Azərbaycanın 11 boksçusu "Böyük İpək Yolu" turnirində finala çıxıb

Azərbaycanın 11 boksçusu "Böyük İpək Yolu" turnirində finala çıxıb
07 Apr 2026 09:40

Bakıda boks üzrə ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turniri davam edir.

Oxu.Az xəbər verir ki, yarışın beşinci günündə kişi boksçular arasında finalçılar bəlli olublar.

Azərbaycan millisinin 11 idmançısı finala vəsiqə qazanıb. Onlardan səkkizi dörd çəkidə bir-biri ilə qarşılaşacaq.

Yarımfinalda məğlub olan Zidan Hünbətov, Məhəmmədəli Qasımzadə, Sərxan Əliyev, Səidcəmşid Cəfərov, Rasim Çobanlı, Həsən Osmanlı, Murad Allahverdiyev və Səbuhi Əlizadə turniri bürünc medalla başa vurublar.

Bununla da komandamızın hesabındakı bürünc mükafatların sayı 10-a yüksəlib. Ötən gün qadın boksçularımız Günel Rəhimova (51 kq) və Emili Rzayeva (65 kq) da yarışı üçüncü pillədə bitiriblər.

Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən Böyük İpək Yolu beynəlxalq turnirində final döyüşləri aprelin 7-də, saat 13:00-da başlayacaq.

Böyük İpək Yolu beynəlxalq turniri

Yarımfinallar

50 kq

Bilalhəbaşi Nəzərov (Azərbaycan) - Sahil Allahverdovi (Gürcüstan) - ikinci döyüşə gəlməyib

Sübhan Mamedov (Azərbaycan) - Qoqa Topuriya (Gürcüstan) - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27)

55 kq

Amin Məmmədzadə (Azərbaycan) - Zidan Hünbətov (Azərbaycan) - 4:1 (30:27, 29:28, 29:28, 27:30, 30:27)

Zəlimxan Süleymanov (Azərbaycan) - Timur Kabdeşov (Qazaxıstan) - 4:1 (29:28, 29:28, 27:30, 29:28, 29:28)

60 kq

Məhəmmədəli Aşırəliyev (Azərbaycan) - Altınbek Nursultan (Qazaxıstan) - 5:0 (29:28, 29:28, 29:28, 30:27, 30:27)

Məhəmmədəli Qasımzadə (Azərbaycan) - Tayfur Əliyev (Azərbaycan) - 1:4 (28:29, 29:28, 28:29, 27:30, 28:29)

65 kq

Zaur Qəhrəmanov (Azərbaycan) - Asadbek Rajabov (Özbəkistan) - 4:1 (29:27, 29:27, 29:27, 27:29, 29:27)

Malik Həsənov (Azərbaycan) - Viktorio İliyev (Bolqarıstan) - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27)

70 kq

Sərxan Əliyev (Azərbaycan) - Refik Kartal (Türkiyə) - 1:4 (28:29, 28:29, 28:29, 28:29, 29:28)

75 kq

Səidcəmşid Cəfərov (Azərbaycan) - Georgi Natrosşvili (Gürcüstan) - rəqib qələbə qazanıb

Rasim Çobanlı (Azərbaycan) - Şerbek Şokirov (Özbəkistan) - ikinci qalib gəlib

80 kq

Həsən Osmanlı (Azərbaycan) - Bakbergen Aliaskarov (Qazaxıstan) - 1:4 (28:29, 29:28, 28:29, 28:29, 27:30)

Seyid Seyidov (Azərbaycan) - Azamat Bektaş (Qazaxıstan) - 3:2 (29:28, 28:29, 29:28, 29:28, 30:27)

85 kq

Murad Allahverdiyev (Azərbaycan) - Batırbek Benkur (Qazaxıstan) - 2:3 (30:27, 28:29, 27:30, 28:29, 30:27)

90 kq

Surət Qarayev (Azərbaycan) - Simeon Boldirev (Bolqarıstan) - 3:2 (28:29, 29:28, 28:29, 29:28, 29:28)

+90 kq

Məhəmməd Abdullayev (Azərbaycan) - Kiril Georgiyev (Bolqarıstan) - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27)

Səbuhi Əlizadə (Azərbaycan) - Aleksandr Şau (Avstraliya) - ikinci qalib gəlib

 

 


6 Okt 2026
İdman

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı - (Yenilənib)

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

6 Okt 2026
İdman

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğurunda döyüşəcək

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

6 Okt 2026
İdman

Hidayət Heydərov dünya çempionatında növbəti qələbəsini qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

6 Okt 2026
İdman

Rəşid Məmmədəliyev dünya çempionatına qələbə ilə başladı

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev də Bakıda keçirilən dünya çempionatında ilk görüşünü qələbə ilə başa vurub.

6 Okt 2026
İdman

Əli Əsədov yeni qərar imzaladı

Nazirlər Kabineti "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" 2 iyun 2023-cü il tarixli qərarında dəyişiklik edib.