Xaçmazın Qımılqışlaq kəndində sakinlərlə görüş keçirilib (FOTO)

Xaçmazın Qımılqışlaq kəndində sakinlərlə görüş keçirilib (FOTO)
03 Mar 2026 16:34

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon prokuroru Rəşad Məmmədov və idarə, müəssisə rəhbərlərinin iştirakı ilə Qımılqışlaq kəndində növbəti səyyar qəbul keçirib.

Bu barədə Trend-ə icra hakimiyyətindən məlumat verilib.

Bildirilir ki, qəbulda Qımılqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qımılqışlaq, Mollabürhanlı, Çuxuroba, Maşıoba, Mirzəmmədqışlaq, Qadaşoba, Ağarəhimoba, Şıxlar və Hacıisaoba kəndlərinin sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qarşıdan gələn müqəddəs Ramazan və Novruz bayramları münasibətilə sakinləri təbrik edərək onlara xoş arzularını çatdırıb.

Vətəndaşlarla səmimi dialoq şəraitində keçirilən belə görüşlərin əhali ilə birbaşa əlaqənin möhkəmləndirilməsi, problemlərin operativ həlli və dövlət siyasətinin yerlərdə təbliği baxımından əhəmiyyətini vurğulayıb.

Sakinlər səmimi təbriklərə görə təşəkkürlərini bildirərək, elektrik təsərrüfatının yenilənməsi, mavi yanacaqla təminatın yaxşılaşdırılması, əlavə subartezian quyusunun qazılması və yolların təmiri ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciət yerindəcə həll edilib.

Sakinlər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


6 Mar 2026
Siyasət

Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub - FOTO

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub.

6 Mar 2026
Siyasət

Ceyhun Bayramov: "Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək"

"2026-cı ilin ikinci yarısında Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək".

6 Mar 2026
Siyasət

Şahbaz Şərif İlham Əliyevə zəng etdi, İranın Azərbaycana hücumunu qınadı

Martın 6-da Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

6 Mar 2026
Siyasət

Ceyhun Bayramov: "İranın Naxçıvana PUA hücumu ciddi narahatlıq doğurur"

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında geniştərkibli görüş keçirilib.

6 Mar 2026
Siyasət

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.