İran Qətərdə su anbarlarını vurub

İran Qətərdə su anbarlarını vurub
03 Mar 2026 15:57

"İranın hücumları Qətərin kritik sənaye infrastrukturuna, o cümlədən Mesaiddəki su anbarlarına və Ras-Laffandakı "Qatar Energy" sənaye kompleksinə yönəldilmişdi".

Oxu.Az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari brifinqdə bildirib.

"Ras-Laffan və Mesaiddə sənaye obyektləri və infrastruktura təsir edən zərbələr qeydə alınıb", - o, əlavə edib.

Diplomat qeyd edib ki, Ras-Laffanda hədəf istismar və xidmət obyektlərini əhatə edən inteqrasiya olunmuş sənaye kompleksi, Mesaiddə isə həyati əhəmiyyətli obyekt və su anbarları olub.

Bazar ertəsi "Qatar Energy" Ras-Laffan və Mesaid şəhərlərindəki sənaye obyektlərinə edilən hücumla əlaqədar sıxılmış təbii qaz (STQ) və əlaqəli məhsulların istehsalını dayandırdığını elan edib. Qətər Müdafiə Nazirliyinin məlumatına görə, bu obyektlər İran ərazisindən buraxılan pilotsuz uçuş aparatlarının zərbələrinə məruz qalıb.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.


10 Avq 2026
Dünya

7.4 maqnitudalı zəlzələ Kolumbiyanı silkələdi - VİDEO

Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib.

10 Avq 2026
Dünya

Bolqarıstanda silah zavodunda partlayış olub

Bolqarıstanda silah zavodunun sursat anbarında güclü partlayış baş verib.

10 Avq 2026
Dünya

Moldova Rusiyadakı səfirini geri çağırdı

Moldova Xarici İşlər Nazirliyi ölkə ərazisinə PUA-nın düşməsi ilə bağlı Rusiyadakı səfiri Lilian Dariyi məsləhətləşmələr üçün geri çağırıb.

10 Avq 2026
Dünya

Filippində təbii fəlakət 12 nəfərin həyatına son qoydu - VİDEO

Filippində təbii fəlakət nəticəsində ən azı 12 nəfər həyatını itirib, daha səkkiz nəfərin taleyi isə hələlik məlum deyil. Faciəyə aramsız musson yağışlarının səbəb olduğu güclü torpaq sürüşmələri və genişmiqyaslı subasmalar yol açıb.

10 Avq 2026
Dünya

Valyuta məzənnələri onlayn

Bu gün üçün ən yaxşı valyuta məzənnələri. Azərbaycanın banklarında onlayn rejimdə sərfəli valyuta məzənnələri.