Kamran Əiyev Rusiyanın Baş prokurorunun müavinini qəbul edib

Kamran Əiyev Rusiyanın Baş prokurorunun müavinini qəbul edib
03 Mar 2026 14:16

Baş prokuror Rusiya Federasiyasının Baş prokurorunun müavinini qəbul edib

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Baş prokurorunun müavini Pyotr Qorodovu qəbul edib.

Görüşdə dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində Azərbaycan ilə Rusiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafı xüsusi vurğulanıb.

Bildirilib ki, iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın yüksək səviyyəsi və dövlətlərarası dialoqun davamlı xarakteri siyasi, iqtisadi, nəqliyyat-logistika və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır. Bu münasibətlər, həmçinin hüquq-mühafizə və prokurorluq orqanları arasındakı əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Rusiya Federasiyasının Baş prokurorunun müavini Pyotr Qorodov göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edərək iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, cinayət işləri üzrə göndərilən sorğuların peşəkar və keyfiyyətli şəkildə tərtib olunmasını, həmçinin uzun illər əvvəl Rusiya Federasiyasında törədilmiş cinayətin Azərbaycan Respublikasında açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini yüksək qiymətləndirərək minnətdarlığını çatdırıb. Bununla yanaşı, cari il ərzində keçiriləcək mühüm beynəlxalq tədbirlərdə iştirak etmək üçün dəvət ünvanlayıb.

Baş prokuror cavabında beynəlxalq tədbirlərin və tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsinin Baş Prokurorluq üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tərəflər ölkələrimizin prokurorluq orqanları arasında mövcud olan sıx əməkdaşlıq və dostluq münasibətlərinin bütün istiqamətlər üzrə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə ediblər.


6 Mar 2026
Siyasət

Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub - FOTO

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub.

6 Mar 2026
Siyasət

Ceyhun Bayramov: "Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək"

"2026-cı ilin ikinci yarısında Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək".

6 Mar 2026
Siyasət

Şahbaz Şərif İlham Əliyevə zəng etdi, İranın Azərbaycana hücumunu qınadı

Martın 6-da Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

6 Mar 2026
Siyasət

Ceyhun Bayramov: "İranın Naxçıvana PUA hücumu ciddi narahatlıq doğurur"

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında geniştərkibli görüş keçirilib.

6 Mar 2026
Siyasət

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.