İranda ölənlərin sayı 800-ə çatır

İranda ölənlərin sayı 800-ə çatır
03 Mar 2026 14:01

Fevralın 28-dən ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 787-yə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Xəbərə görə, ölənlərin 170 nəfərdən çoxu uşaq və yeniyetmədir.

Bildirilib ki, İranın 153 rayonunda təxminən 1039 hava hücumu qeydə alınıb, ən azı 504 obyektə ziyan dəyib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib.


6 Mar 2026
Dünya

İranda ölənlərin sayı 1 300-ü ötdü

ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində mülki şəxslər arasında ölənlərin sayı 1 332 nəfərə çatıb.

6 Mar 2026
Dünya

Yaxın Şərqdəki gərginlik qızıl və gümüşü sürətlə bahalaşdırır

Yaxın Şərqdəki münaqişənin daha da kəskinləşməsi fonunda qızılın və gümüşün qiyməti yenidən yüksəlib.

6 Mar 2026
Dünya

İran İsrailə qarşı yeni hücum dalğasına başlayıb

İran İsraildəki hədəflərə qarşı raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə yeni hücumlara başlayıb.

6 Mar 2026
Dünya

Hindistanda qırıcı təyyarə qəzaya uğradı, pilotlar həlak oldular

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "Su-30MKI" qırıcı təyyarəsinin Assam ştatının şimal-şərqində qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

6 Mar 2026
Dünya

İran Manamanı vurdu

İran Bəhreynin paytaxtı Manamaya hava zərbəsi endirib.