27 fevral tarixində Panamanın Meksikadakı Səfirliyi tərəfindən təşkil edilmiş iqamətgahı Mexiko şəhərində olmaqla Panamada akkreditə olunmuş səfirlərlə ilk görüş çərçivəsində Panama Respublikasının xarici işlər naziri cənab Xavyer Eduardo Martinez-Aça Vazkes səfir Seymur Fətəliyevi qəbul edib.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı Səfirliyinin X sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Qeyd olunur ki, görüş zamanı Azərbaycan-Panama münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub.