Bəzi ərazilərə qar yağacaq - 04.03.2026

Bəzi ərazilərə qar yağacaq - 04.03.2026
03 Mar 2026 12:41

Azərbaycanda martın 4-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80%, gündüz 65-70% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.


6 Mar 2026
Cəmiyyət

Xocalıya növbəti köç: 67 nəfər doğma yurduna qayıtdı - FOTO

Martın 6-da Xocalı rayonuna növbəti köç prosesi həyata keçirilib. Bu mərhələdə rayonun Təzəbinə və Seyidbəyli kəndlərinə ailələr yerləşdirilib.

6 Mar 2026
Cəmiyyət

Universitet və kolleclərə sənəd qəbulu başa ÇATDI

Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu başa çatıb.

6 Mar 2026
Cəmiyyət

Mart ayının pensiyaları ÖDƏNİLDİ

Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlərin qrafikdən əvvəl ödənilməsi başlanılıb.

6 Mar 2026
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - 06.03.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.