Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər Yaxın Şərq regionunda müşahidə olunan hərbi eskalasiya və artan gərginliklə bağlı fikir mübadiləsi aparıblar.
Mövcud vəziyyətin regional və qlobal təhlükəsizliyə təsiri vurğulanaraq, humanitar hüquqa riayət edilməsinin, mülki əhalinin və obyektlərin qorunmasının, məsələlərin beynəlxalq hüquq norma və prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin vacibliyi qeyd edilib.
Pakistan tərəfi eyni zamanda, Pakistan-Əfqanıstan sərhədində baş vermiş toqquşmalarla bağlı mövcud vəziyyət barədə məlumat verib.
Telefon danışığı zamanı, həmçinin Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və gələcək inkişaf perspektivləri də müzakirə edilib.
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.
"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
Azərbaycanın Polşa, İsveçrə, Niderland, Lixtenşteyn, Lüksemburq və Belçikadakı səfirləri geri çağırılıb, bəzilərinə yeni təyinat olub.