İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib

İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
03 Mar 2026 12:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edən Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Dan Yorgensen dövlətimizin başçısının Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının açılışındakı çıxışının onlarda dərin təəssürat hissi yaratdığını deyib.

Dan Yorgensen bugünkü tədbirin çox mühüm əhəmiyyət daşıdığını qeyd edərək, ölkəmizlə tərəfdaşlığın onlar üçün önəm kəsb etdiyini bildirib və onu genişləndirməkdə maraqlı olduqlarını vurğulayıb. O, həyata keçirilən əməkdaşlığa görə minnətdarlığını bildirib.

Dövlətimizin başçısı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın və Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosun ötən il ölkəmizə səfərlərinə toxunaraq, heyətlərimizin fəal işləməsini enerji və bağlılıq məsələlərində əməkdaşlığı dərinləşdirmək üçün hər iki tərəfdə olan iradənin göstəricisi kimi qiymətləndirib.

Söhbət zamanı Azərbaycanın, xüsusən hazırkı dövrdə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə toxunulub, enerji sahəsində ölkəmizin Avropa bazarında ixrac coğrafiyasının genişləndirilməsi və təbii qaz, yaşıl enerji ilə bağlı əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.

 

 



6 Mar 2026
Siyasət

Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub - FOTO

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub.

6 Mar 2026
Siyasət

Ceyhun Bayramov: "Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək"

"2026-cı ilin ikinci yarısında Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək".

6 Mar 2026
Siyasət

Şahbaz Şərif İlham Əliyevə zəng etdi, İranın Azərbaycana hücumunu qınadı

Martın 6-da Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

6 Mar 2026
Siyasət

Ceyhun Bayramov: "İranın Naxçıvana PUA hücumu ciddi narahatlıq doğurur"

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında geniştərkibli görüş keçirilib.

6 Mar 2026
Siyasət

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.