Bu gün Od çərşənbəsidir

Bu gün Od çərşənbəsidir
03 Mar 2026 10:22

Bu gün Od çərşənbəsidir.

Oxu.Az xatırladır ki, Od çərşənbəsi Novruz bayramına hazırlıq çərşənbələrinin ikincisidir və xalq inanclarına görə, bu gün odun müqəddəsliyi və təmizləyici gücü ön plana çıxır.



Bu çərşənbədə insanlar tonqal qalayır, onun üzərindən atlanaraq: "Ağırlığım, uğurluğum odda yansın", - deyirlər. Bu, bədlikdən, xəstəlik və uğursuzluqlardan qorunmaq inancını ifadə edir.

Bu gün Od çərşənbəsidir

Od çərşənbəsi insan həyatında istilik, işıq və enerjinin simvoludur. Keçmişdə ocaq evin bərəkəti sayılırdı, bu gün də odun müqəddəsliyi Novruz ənənələrində yaşamaqdadır. Bu çərşənbə axşamı süfrəyə şirniyyat, qoz-fındıq və digər Novruz təamları düzülür, ailə üzvləri bir araya gəlirlər.

Od çərşənbəsi həm fiziki, həm də mənəvi təmizlənmə günü kimi qəbul edilir və Novruza doğru gedən yolun vacib mərhələlərindən biridir.

Bu gün Od çərşənbəsidir

Qeyd edək ki, martın 10-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 17-nə təsadüf edəcək. Novruz bayramı martın 20-si qeyd ediləcək.

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq.


10 Sent 2026
Cəmiyyət

Şükürbəyli kəndinə köçürülən ailələrə evlərinin açarları təqdim olunub - FOTO

Bu gün növbəti köç karvanı ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

10 Sent 2026
Cəmiyyət

Daha 25 ailə Cəbrayılın Şükürbəyli kəndinə çatıb - FOTO

Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb.

10 Sent 2026
Cəmiyyət

Sabah 28 dərəcə isti olacaq - 11.09.2026

Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

10 Sent 2026
Cəmiyyət

Azərbaycan 140-dan çox ölkəyə beynəlxalq yardım göstərib

Son 15 il ərzində 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb.

10 Sent 2026
Cəmiyyət

Milli Məclisdə komitə iclaslarının vaxtı AÇIQLANDI

Milli Məclisin 2026-cı il payız sessiyası çərçivəsində keçiriləcək ilk komitə iclaslarının vaxtı açıqlanıb.