Ramazan ayının on üçüncü gününün imsak, iftar və namaz vaxtları - VİDEO

Ramazan ayının on üçüncü gününün imsak, iftar və namaz vaxtları - VİDEO
03 Mar 2026 09:14

Ramazan ayının on üçüncü günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı ramazan təqviminə əsasən, martın 3-də imsak vaxtı saat 05:46-da, iftar vaxtı isə saat 18:49-dadır.

Martın 3-ü üçün namaz vaxtları:

Sübh azanı 05:51
Zöhr azanı 12:53
Əsr azanı 16:51
Məğrib azanı 18:49
İşa azanı 19:49

On üçüncü günün imsak vaxtı üçün duanı təqdim edirik:

 

 

"Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin!"

Tərcüməsi:

"İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbirli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı!"

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla".

Allah orucunuzu qəbul eləsin!

 

 


6 Mar 2026
Cəmiyyət

Universitet və kolleclərə sənəd qəbulu başa ÇATDI

Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu başa çatıb.

6 Mar 2026
Cəmiyyət

Mart ayının pensiyaları ÖDƏNİLDİ

Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlərin qrafikdən əvvəl ödənilməsi başlanılıb.

6 Mar 2026
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - 06.03.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.