Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini qəbul edib

Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini qəbul edib
02 Mar 2026 17:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rusiya Federasiyası hökuməti sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüş əsnasında Rusiya tərəfi regionda mürəkkəb və gərgin şərait fonunda Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində operativ köməyə görə Azərbaycan rəhbərliyinə səmimi təşəkkürünü bildirib.

Azərbaycan-Rusiya münasibətlərinin gündəliyi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı qeyd edilib ki, Azərbaycan və Rusiya liderlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə etdikləri razılaşmalara uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də "AZAL" təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaqlar.

Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı iqtisadi-ticari, investisiya, sənaye və nəqliyyat-logistika əməkdaşlığının gələcəkdə daha da inkişaf etdirilməsinə dair ortaq niyyətə diqqət yetirilib.

Görüşdə regionda nəqliyyat əlaqələrinin inkişafı perspektivləri müzakirə edilib.

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə işləri davam etdirmək üçün ortaq niyyət təsdiqlənib.

Söhbət əsnasında bir sıra humanitar məsələlər də müzakirə edilib.

 

 

Görüş Azərbaycan-Rusiya dövlətlərarası dialoquna xas olan ənənəvi dostluq və konstruktiv şəraitdə keçib.


6 Mar 2026
Siyasət

İsveç səfirliyi Naxçıvana PUA hücumlarını pisləyib

"Naxçıvan Muxtar Respublikasının ərazisinə pilotsuz uçuş aparatları ilə hücumlardan sonra İsveç səfirliyi Azərbaycanla və zərərçəkənlərlə tam həmrəyliyini ifadə edir".

6 Mar 2026
Siyasət

Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub - FOTO

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub.

6 Mar 2026
Siyasət

Ceyhun Bayramov: "Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək"

"2026-cı ilin ikinci yarısında Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək".

6 Mar 2026
Siyasət

Şahbaz Şərif İlham Əliyevə zəng etdi, İranın Azərbaycana hücumunu qınadı

Martın 6-da Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

6 Mar 2026
Siyasət

Ceyhun Bayramov: "İranın Naxçıvana PUA hücumu ciddi narahatlıq doğurur"

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında geniştərkibli görüş keçirilib.