Ramazan ayının on ikinci gününün imsak, iftar və namaz vaxtları - VİDEO

Ramazan ayının on ikinci gününün imsak, iftar və namaz vaxtları - VİDEO
02 Mar 2026 09:16

Ramazan ayının on ikinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı ramazan təqviminə əsasən, martın 2-də imsak vaxtı saat 05:47-də, iftar vaxtı isə saat 18:48-dədir.

Martın 2-si üçün namaz vaxtları:

Sübh azanı 05:52
Zöhr azanı 12:53
Əsr azanı 16:50
Məğrib azanı 18:48
İşa azanı 19:48

On ikinci günün imsak vaxtı üçün duanı təqdim edirik:



"Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin!"

Tərcüməsi:

"İlahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətlik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi!"

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla".

Allah orucunuzu qəbul eləsin!


6 Okt 2026
Cəmiyyət

Özbəkistanda Azərbaycan, Türkiyə və Özbəkistan xüsusi təyinatlılarının birgə təlimi keçirilib (FOTO)

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə Özbəkistanda “Sonsuz qardaşlıq – V” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilib.

6 Okt 2026
Cəmiyyət

1870 tələbə ödənişsiz təhsil alacaq - DİM-dən açıqlama

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.

6 Okt 2026
Cəmiyyət

Kənd yumurtası bahalaşdı

Azərbaycanda kənd yumurtasının qiyməti bahalaşıb. Paytaxt və bölgə bazarlarında əvvəllər 20-30 qəpiyə satılan kənd yumurtasının qiyməti hazırda 40 qəpiyə çatıb.

6 Okt 2026
Cəmiyyət

Sabah Azərbaycanda intensiv yağış yağacaq - 07.10.2026

Azərbaycan ərazisində oktyabrın 6-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

6 Okt 2026
Cəmiyyət

Laçında daha üç su elektrik stansiyası tikilir (FOTO/VİDEO)

“AzərEnerji” tərəfindən Laçın rayonunda ümumi gücü 10,7 meqavat olan daha üç su elektrik stansiyası inşa edilir.