Səyyar ASAN xidmət Ağdaşda fəaliyyətə başlayıb

Səyyar ASAN xidmət Ağdaşda fəaliyyətə başlayıb
05 Fev 2026 11:26

Səyyar ASAN xidmət Ağdaş rayonunda vətəndaşlara xidmət göstərir.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ağdaşda işə başlayan Səyyar ASAN xidmətin fəaliyyəti fevralın 25-dək davam edəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Mətbuatla iş və kommunikasiyalar sektorunun müdiri Mehdi Məmmədlinin sözlərinə görə, indiyə qədər Ağdaşda ümumilikdə 22 dəfə Səyyar ASAN xidmət gerçəkləşib və bu çərçivədə 62 mindən çox vətəndaş müraciəti daxil olub.

Bildirilib ki, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə və Daxili İşlər nazirlikləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilir.

Qeyd olunub ki, 2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsilə ümumilikdə 3 milyon 286 mindən çox, 2025-ci il ərzində isə 173 min 200-dən çox vətəndaş müraciəti daxil olub.

Xatırladaq ki, "ASAN xidmət" mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 avtobus vasitəsilə əhaliyə səyyar formada xidmət göstərilir.


12 İyun 2026
Cəmiyyət

Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinə növbəti köç olub

Xocavənd rayonunun Qırmızı Bazar və Hadrut qəsəbələrinə köç olub.

12 İyun 2026
Cəmiyyət

Xüsusi qabiliyyət imtahanlarına start verilir

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının ilkin keçirilmə qrafiki müəyyən olunub.

12 İyun 2026
Cəmiyyət

Sabah 35 dərəcə isti olacaq - 13.06.2026

İyunun 13-ə gözlənilən hava şəraiti açıqlanıb.

12 İyun 2026
Cəmiyyət

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.06.2026)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.