Qara Qarayevin anadan olmasından 108 il ötür

Qara Qarayevin anadan olmasından 108 il ötür
05 Fev 2026 10:54

Azərbaycan musiqi mədəniyyətinin görkəmli simalarından biri, dahi bəstəkar Qara Qarayevin anadan olmasından 108 il ötür.

Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda tanınmış həkim, professor Əbülfəz Qarayevin ailəsində dünyaya gəlib. Musiqi təhsilinə erkən yaşlarda başlayan sənətkar fortepiano ifaçılığı üzrə yetişib, sonradan bəstəkarlıq sahəsində parlaq uğurlar qazanıb. Onun formalaşmasında Üzeyir Hacıbəyovun xüsusi rolu olub və bu ustad-şagird münasibəti Qarayevin yaradıcılıq yoluna ciddi təsir göstərib.

Qara Qarayev XX əsr Azərbaycan professional musiqisinin aparıcı nümayəndələrindən biri kimi simfonik musiqi, balet, opera, kantata və film musiqisi janrlarında yaddaqalan əsərlər yaradıb. Onun "Yeddi gözəl" baleti, Üçüncü simfoniyası, "Vətən" operası, "Könül mahnısı" kantatası və digər əsərləri milli musiqinin dünyaya çıxışında mühüm rol oynayıb.

Bəstəkar uzun illər pedaqoji və ictimai fəaliyyətlə də məşğul olub, Azərbaycan Dövlət Konservatoriyasına rəhbərlik edib, SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqlarında məsul vəzifələr tutub, SSRİ Ali Sovetinin deputatı seçilib. O, həmçinin Lenin və Dövlət mükafatları komitəsinin üzvü olub.

Qara Qarayevin yaradıcılığında vətənpərvərlik, humanizm və müasirlik əsas xətti təşkil edib. Onun musiqisi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində səsləndirilib və yüksək qiymətləndirilib.

Bəstəkar 1982-ci il mayın 13-də Moskvada vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn olunub. Onun xatirəsi ölkəmizdə müxtəlif formada əbədiləşdirilib – metro stansiyası, küçə, musiqi məktəbi və kamera orkestri onun adını daşıyır. 2018-ci il TÜRKSOY tərəfindən "Qara Qarayev İli" elan olunub.

Qara Qarayevin zəngin irsi bu gün də Azərbaycan musiqisinin inkişafına ilham verməkdə davam edir.


12 İyun 2026
Siyasət

Deputat: Ulu Öndərin Böyük Qayıdışı Azərbaycanın gələcək qələbəsinin başlanğıcı oldu

Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı Zəfərimizin təməllərinin qoyulduğu Böyük Qayıdış hadisəsidir.

12 İyun 2026
Siyasət

Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

12 İyun 2026
Siyasət

Maliyyə naziri sosialyönlü xərclərin həcmini açıqlayıb

Hesabat ilində sosialyönlü xərclərin maliyyələşməsi üçün dövlət büdcəsi xərclərinin təxminən 40 faizi həcmində və ya 15,3 milyard manat vəsait istifadə olunub.

12 İyun 2026
Siyasət

Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.

12 İyun 2026
Siyasət

Azərbaycan Rusiyanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını Rusiya Günü münasibətilə təbrik edib.