Pakistan səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib

Pakistan səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib
05 Fev 2026 09:57

Pakistanın Azərbaycandakı səfirliyində "Kəşmir Həmrəylik Günü"nə həsr olunan tədbir keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin, səfirliyin digər əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir bildirib ki, Pakistan Kəşmir xalqına və BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində onların öz müqəddəratını təyin etmək hüququna sarsılmaz mənəvi, diplomatik və siyasi dəstəyini bir daha təsdiqləyir.

O vurğulayıb ki, "Kəşmir Həmrəylik Günü" Pakistanın 1989-cu il üsyanından bəri 36 il ərzində Kəşmir xalqının yanında olmasına sadiqliyini əks etdirir:

"Təxminən səkkiz onillik ərzində kəşmirlilər qanunsuz Hindistan işğalına qarşı diqqətəlayiq dözümlülük nümayiş etdiriblər. Hindistanın qanunsuz işğal etdiyi Cammu və Kəşmirdəki vəziyyət beynəlxalq ictimaiyyətin vicdanı üçün ciddi narahatlıq olaraq qalmaqdadır. Hindistanın 5 avqust 2019-cu il tarixli qanunsuz hərəkətləri siyasi, inzibati və demoqrafik tədbirlər vasitəsilə işğalı möhkəmləndirmək səylərini daha da gücləndirdi. Beynəlxalq hesabatlar Hindistanın qanunsuz işğal etdiyi Cammu və Kəşmirdə özbaşına həbslər və kollektiv cəza da daxil olmaqla, ciddi insan hüquqları pozuntularını vurğulamağa davam edir. Cəzaverici ev dağıntilarından və rəqəmsal azadlıqların boğulmasından istifadə etməklə Kəşmirlilərin səslərini susdurmağa çalışırlar. Məscidlərin və məscid komitələrinin məqsədli şəkildə kateqoriyalaşdırılması Hindistanın qanunsuz işğal etdiyi Cammu və Kəşmirdə narahatedici dini təqib nümunəsini əks etdirir".

Q.Mohiuddin əlavə edib ki, kəşmirlilərin qorxu və məcburiyyət olmadan öz dinləri ilə yaşamaq üçün ayrılmaz hüququ var:

"Hindistanın 2025-ci ilin may ayında hərbi eskalasiyası Kəşmir mübahisəsi həll edilmədən Cənubi Asiyada davamlı sülhün təmin olunmasının mümkünsüzlüyünü bir daha vurğulayır. Beynəlxalq ictimaiyyət narahatlıqdan əlavə Hindistanı insan haqları pozuntularına son qoymağa və beynəlxalq müşahidəçilərə icazə verməyə çağırmalıdır. Pakistan və xalqı qardaş Azərbaycan hökumətinə və xalqına Cammu və Kəşmir məsələsində göstərdikləri qətiyyətli dəstəyə görə minnətdarlığını bildirir. Pakistan, Kəşmir xalqı azad və qərəzsiz ümumxalq səsverməsi yolu ilə gələcəklərinə qərar verə bilənə qədər onlarla çiyin-çiyinə dayanmağa davam edəcək".

Qonaqlar, sonda "Kəşmir Həmrəylik Günü"nə həsr olunmuş sərgi ilə tanış olublar.

Pakistan səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib


14 Fev 2026
Siyasət

"Haber Global": "Azərbaycan Prezidenti İlham Əliyevdən gərgin diplomatik fəaliyyət"

Türkiyənin "Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirakından süjet hazırlayıb.

14 Fev 2026
Siyasət

Sahil Babayev: Belqrad–Bakı marşrutu üzrə birbaşa uçuşlar iqtisadi əlaqələri intensivləşdirəcək

Azərbaycan Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verən etibarlı tərəfdaşdır.

14 Fev 2026
Siyasət

Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransında Orta Dəhlizlə bağlı panel müzakirələrində çıxış edib

Fevralın 13-də xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Avrasiyanın Strateji Nizamının Müəyyənləşdirilməsi: Orta Dəhliz - Sabitlik, Sülh, Təhlükəsizlik və Bağlantılar üzrə Avropa Təhlükəsizlik Gündəliyi" mövzusunda panel müzakirələrində çıxış edib. Paneldə, həmçinin Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso çıxış ediblər.

14 Fev 2026
Siyasət

Prezident İlham Əliyev Münhendə "Oracle" korporasiyasının baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə dünyada ən böyük proqram təminatı və bulud texnologiyaları şirkətlərindən biri olan ABŞ-nin "Oracle" korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə görüşüb.

14 Fev 2026
Siyasət

Prezident İlham Əliyev Münhendə Azərbaycan jurnalistlərinə müsahibə verib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə Azərbaycan telekanallarına müsahibə verib.