Hatay valisi: "Azərbaycan zəlzələdə bizə ilk dəstək göstərən qardaş ölkəmizdir"

Hatay valisi: "Azərbaycan zəlzələdə bizə ilk dəstək göstərən qardaş ölkəmizdir"
04 Fev 2026 14:13

"2023-cü ilin 6 fevralında baş verən dəhşətli zəlzələdə Türkiyə bütün dünyaya yardım üçün müraciət etdi. Əksər ölkələr, beynəlxalq təşkilatlar və fərdi olaraq insanlar yardım etməyə çalışdılar. Bir növ bu ölkələr təbii fəlakətlə bağlı bütün bilik və bacarıqlarını da sınaqdan keçirdilər. Zəlzələdən sonrakı bərpa və yenidənqurma işlərində də bu dəstək davam etdi. Buna görə köməyimizə gələn hər ölkəyə, təşkilata və şəxsə təşəkkür edirəm".

Bu sözləri zəlzələ baş vermiş Hatayın valisi Mustafa Masatlı "Əsrin inşası" adlı media proqramı çərçivəsində görüşdə Oxu.Az əməkdaşının sualına cavab olaraq bildirib.

Vilayət başçısı Azərbaycanın dəstəyini xüsusi ilə vurğulayıb və bunun danılmaz olduğunu bildirib:

"Azərbaycan bizə ilk dəstək göstərən qardaş ölkəmizdir. İyun ayında Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirildi və Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə iştirak etdi. Göstərdiyi dəstəyə görə başda cənab prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqına təşəkkür edirəm".


11 Sent 2026
Siyasət

Əli Əsədov iclas keçirdi

İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib.

11 Sent 2026
Siyasət

Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar - FOTO

Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri bu gün Qarabağ Universiteti ilə tanış olublar.

11 Sent 2026
Siyasət

Azərbaycanda son 30 ildə yağıntıların miqdarı azalıb

"1991-2025-ci illər aralığında Azərbaycanda yağıntının miqdarı 7% və ya 30 mm azalıb".

11 Sent 2026
Siyasət

Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Madriddə Querer Fondunun nəzdindəki xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün "Colegio Querer" məktəbini ziyarət edib.

10 Sent 2026
Siyasət

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb.