2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 478 min ABŞ dolları dəyərində 85,3 ton təbii bal idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 25 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 128,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 49 % az) 22,55 ton (-41 %), Ukraynadan 100,8 min ABŞ dolları dəyərində 20,2 ton, Rusiyadan 79 min ABŞ dolları dəyərində (-74 %) 16 ton (-74 %), Belarusdan 54,5 min ABŞ dolları dəyərində 8,7 ton (1 il əvvəl tədarük olmayıb), Gürcüstandan 44 min ABŞ dolları dəyərində (+13 %) 8,8 ton (+17 %) məhsul alıb.
Azərbaycan 5 il 9 aylıq fasilənin ardından Böyük Britaniyadan (0,1 min ABŞ dolları dəyərində 0,02 ton), 5 il 6 ayın tamamında Macarıstandan (0,1 min ABŞ dolları dəyərində 0,01 ton) və 2 il 3 aydan sonra Meksikadan (0,5 min ABŞ dolları dəyərində 0,07 ton) tədarükü bərpa edib.
2024-cü ildə Azərbaycana 11 ölkədən idxal edilmiş 139 ton təbii balın 49 %-i Rusiyanın, 33 %-i Türkiyənin, 12 %-i Gürcüstanın payına düşüb.
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə Özbəkistanda “Sonsuz qardaşlıq – V” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilib.
2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.
Azərbaycanda kənd yumurtasının qiyməti bahalaşıb. Paytaxt və bölgə bazarlarında əvvəllər 20-30 qəpiyə satılan kənd yumurtasının qiyməti hazırda 40 qəpiyə çatıb.