Avstraliyada 22 yanvar milli matəm günü elan olunub

Avstraliyada 22 yanvar milli matəm günü elan olunub
13 Yan 2026 16:22

Avstraliya hökuməti dekabrın 14-də Sidney çimərliyində törədilmiş terror aktında həlak olan insanların xatirəsini anmaq üçün yanvarın 22-i milli matəm günü elan eidb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın baş naziri Entoni Albaneze mətbuat konfransında elan verib.

“22 yanvar, yəni cümə axşamı ölkədə milli matəm günü elan olunub”, -deyə baş nazir bildirib.

O əlavə edib ki, həmin gün Avstraliya hüdudlarında olan bütün dövlət binalarında Avstraliya bayraqları endiriləcək.

14 dekabr tarixində iki nəfər – ata və oğul Navid və Sacid Əkrəmi – Sidneydə yerləşən Bondi çimərliyi ərazisində, yəhudi Hanuka bayramına həsr olunmuş tədbirin keçirildiyi məkanda insanlara atəş açıb. Polis məlumatına görə, hadisə zamanı ərazidə mindən artıq insan olub. Sonradan terror aktı kimi tanınan hücum nəticəsində 15 nəfər həyatını itirdiyi, daha 42 nəfər yaralandığı dəqiqləşib. Hücumçulardan biri saxlanılarkən öldürülüb, digəri isə yaralanaraq xəstəxanaya yerləşdirilib və sonradan ona qətl və terrorçuluq ittihamları irəli sürülüb.


14 Fev 2026
Dünya

Sakit okeanda güclü zəlzələ baş verdi

Sakit okeanda Vanuatu Respublikasına məxsus Espiritu-Santo adasının qərb sahillərində 6.5 maqnitudalı zəlzələ qeydə alınıb.

14 Fev 2026
Dünya

Donald Tramp Viktor Orbana dəstəyini ifadə etdi

ABŞ Prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbana dəstəyini bildirib.

13 Fev 2026
Dünya

Portuqaliyada daşqınlar zamanı azı 16 nəfər ölüb

Portuqaliyada baş verən genişmiqyaslı daşqınlar nəticəsində azı 16 nəfər ölüb. Koimbra bölgəsinin üç mindən çox sakini Mondeqo çayında suyun səviyyəsinin həddindən artıq çoxalması səbəbindən evlərini tərk edib.

13 Fev 2026
Dünya

Günəşdə güclü partlayış baş verib

Fevralın 13-də Günəşdə güclü partlayış qeydə alınıb.

13 Fev 2026
Dünya

Luvr muzeyini su basdı

Fevralın 13-nə keçən gecə Parisin Luvr muzeyini su basıb.