Sakit okeanda, Saxalin bölgəsindəki Cənubi Kuril adaları yaxınlığında 6.4 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri İturup adasındakı Reydovo yaşayış məntəqəsindən 126 km cənub-şərqdə, ocağı isə 41 km dərinlikdə yerləşib.
İlkin məlumata görə, sunami xəbərdarlığı edilməyib. İtki və dağıntı yoxdur.
Xatırladaq ki, daha əvvəl Kuril adaları yaxınlığında 5.6 bal gücündə daha bir zəlzələ qeydə alınıb.
Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib.
Bolqarıstanda silah zavodunun sursat anbarında güclü partlayış baş verib.
Moldova Xarici İşlər Nazirliyi ölkə ərazisinə PUA-nın düşməsi ilə bağlı Rusiyadakı səfiri Lilian Dariyi məsləhətləşmələr üçün geri çağırıb.
Filippində təbii fəlakət nəticəsində ən azı 12 nəfər həyatını itirib, daha səkkiz nəfərin taleyi isə hələlik məlum deyil. Faciəyə aramsız musson yağışlarının səbəb olduğu güclü torpaq sürüşmələri və genişmiqyaslı subasmalar yol açıb.