Azərbaycan və İtaliya arasında sənəd imzalanıb

Azərbaycan və İtaliya arasında sənəd imzalanıb
13 Yan 2026 13:53

Azərbaycan və İtaliya arasında Hökumətlərarası Komissiyanın 6-cı iclasının protokulu imzalanıb.

"Report" xəbər verir ki, sənədi Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə bu ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Cirielli imzalayıblar.

Bundan başqa, Hökumətlərarası Komissiyanın 6-cı iclasında 2026-2027-ci illərdə 18 istiqamət üzrə 65 tədbirin icrasını nəzərdə tutan Fəaliyyət Planı qəbul edilib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclası keçirilib.


14 Fev 2026
Dünya

Sakit okeanda güclü zəlzələ baş verdi

Sakit okeanda Vanuatu Respublikasına məxsus Espiritu-Santo adasının qərb sahillərində 6.5 maqnitudalı zəlzələ qeydə alınıb.

14 Fev 2026
Dünya

Donald Tramp Viktor Orbana dəstəyini ifadə etdi

ABŞ Prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbana dəstəyini bildirib.

13 Fev 2026
Dünya

Portuqaliyada daşqınlar zamanı azı 16 nəfər ölüb

Portuqaliyada baş verən genişmiqyaslı daşqınlar nəticəsində azı 16 nəfər ölüb. Koimbra bölgəsinin üç mindən çox sakini Mondeqo çayında suyun səviyyəsinin həddindən artıq çoxalması səbəbindən evlərini tərk edib.

13 Fev 2026
Dünya

Günəşdə güclü partlayış baş verib

Fevralın 13-də Günəşdə güclü partlayış qeydə alınıb.

13 Fev 2026
Dünya

Luvr muzeyini su basdı

Fevralın 13-nə keçən gecə Parisin Luvr muzeyini su basıb.