İlham Əliyev: "Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq"

İlham Əliyev: "Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq"
13 Yan 2026 09:08

"Bakının və Abşeron yarımadasının içməli su problemləri, əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin. Bu proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək. Bir müddət bundan əvvəl mənim göstərişimlə proqramın hazırlanması prosesi başlayıb və demək olar ki, proqram hazırdır. Biz bu gün həm bu proqramı müzakirə edəcəyik, eyni zamanda, görülmüş işlərdən danışacağıq və görüləcək işlərlə bağlı müzakirə aparacağıq".

Oxu.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib.



"Bu proqramın əsas məqsədi, qeyd etdiyim kimi, Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Bu fakt özlüyündə göstərir ki, nə qədər genişmiqyaslı proqramdır, çünki vaxt lazımdır biz bunu tam icra edək. Proqramın icrası üçün maliyyə mənbələri müəyyən edilib. Bu, iki mənbədən maliyyələşəcək, həm dövlət büdcəsi hesabına, həm də xarici kreditlər hesabına. Deyə bilərəm ki, son illər ərzində burada da aparılan islahatlar imkan verdi ki, biz xarici borcumuzu böyük dərəcədə aşağı salaq və salmışıq da. Bu gün dünya miqyasında xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünyada aparıcı yerlərdədir, bu, cəmi 6 faizdən bir qədər çox təşkil edir. Yəni bu, deməyə əsas verir ki, bu gün biz daha çox xarici kreditlərə müraciət edə bilərik, xüsusilə nəzərə alsaq ki, dünyanın aparıcı maliyyə təsisatları bizə müraciətlər edirlər.

Biz bu proqramı daxili vəsait hesabına da icra edə bilərdik. Ancaq ölkə qarşısında duran bir çox məsələlər var. Həm Qarabağın, Şərqi Zəngəzurun bərpası, ölkəmizin hərbi gücünün artırılması və həm də digər layihələr, sosial layihələr. Ona görə qeyd etdiyim kimi, biz iki mənbədən istifadə edəcəyik. Proqramın icrası nəticəsində yeni su anbarları tikilməlidir. Onların sayı 30-a yaxın olacaq. Bu da çox böyük, genişmiqyaslı infrastruktur layihələridir. Sayğaclaşdırma 100 faizə çatdırılmalıdır. Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq", - deyə dövlətimizin başçısı vurğulayıb.


14 Fev 2026
Siyasət

"Haber Global": "Azərbaycan Prezidenti İlham Əliyevdən gərgin diplomatik fəaliyyət"

Türkiyənin "Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirakından süjet hazırlayıb.

14 Fev 2026
Siyasət

Sahil Babayev: Belqrad–Bakı marşrutu üzrə birbaşa uçuşlar iqtisadi əlaqələri intensivləşdirəcək

Azərbaycan Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verən etibarlı tərəfdaşdır.

14 Fev 2026
Siyasət

Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransında Orta Dəhlizlə bağlı panel müzakirələrində çıxış edib

Fevralın 13-də xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Avrasiyanın Strateji Nizamının Müəyyənləşdirilməsi: Orta Dəhliz - Sabitlik, Sülh, Təhlükəsizlik və Bağlantılar üzrə Avropa Təhlükəsizlik Gündəliyi" mövzusunda panel müzakirələrində çıxış edib. Paneldə, həmçinin Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso çıxış ediblər.

14 Fev 2026
Siyasət

Prezident İlham Əliyev Münhendə "Oracle" korporasiyasının baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə dünyada ən böyük proqram təminatı və bulud texnologiyaları şirkətlərindən biri olan ABŞ-nin "Oracle" korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə görüşüb.

14 Fev 2026
Siyasət

Prezident İlham Əliyev Münhendə Azərbaycan jurnalistlərinə müsahibə verib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə Azərbaycan telekanallarına müsahibə verib.