Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin yeni baş məşqçisi bəlli oldu

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin yeni baş məşqçisi bəlli oldu
12 Yan 2026 11:32

Yunan-Roma güləşi üzrə milliyə yeni baş məşqçi təyin edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Qurum Yay Olimpiya Oyunlarında ümumilikdə 4 qızıl medal qazanmış Məhəmməd Bəna ilə müqavilə bağlayıb. Milli komandanın böyük məşqçisi vəzifəsinə Nurəddin Rəcəbov təyin olunub. Məşqçilər korpusunda Rövşən Bayramov, Sabah Şəriəti, Bəhruz Həzrətipur və Rəsul Cazini Dorçə də yer alıb.

Qeyd edilib ki, İran yığması London-2012 Olimpiya Oyunlarında Bənanın rəhbərliyi altında 3 qızıl medal qazanaraq İran güləşində yeni rekorda imza atıb. Bu mütəxəssislə qonşu ölkənin komandası Tokio-2020 Olimpiadasında isə 1 qızıl və 1 bürünc medal qazanıb. 2011-ci ildə FILA (indiki UWW) tərəfindən dünyanın ən yaxşı məşqçisi ünvanına sahib çıxan Bəna İranda "Cəsarət" ordeni ilə təltif edilib.

O, dünya yunan-Roma güləşi tarixində ən uğurlu və nüfuzlu baş məşqçilərdən biridir. Bənanın məşqçilik yanaşması sistemlilik, intizam, taktiki düşüncə və psixoloji davamlılıq prinsiplərinə əsaslanır.


10 Avq 2026
İdman

Azərbaycanın iki cüdoçusu Avropa Kubokunun qalibi oldu - FOTO

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.

7 Avq 2026
İdman

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı uğurla başa çatdı

4-6 avqust tarixlərində Bakı Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə 31-ci ölkə çempionatı yekunlaşıb.

6 Avq 2026
İdman

Azərbaycanın paracüdo millisi Göygöldəki təlim-məşq toplanışını başa vurub

Azərbaycanın paracüdo üzrə kişilərdən ibarət millisi Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışını başa vurub.

4 Avq 2026
İdman

İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklikləri TƏSDİQLƏDİ

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilib.

4 Avq 2026
İdman

Bakıda bədii gimnastika üzrə 31-ci ölkə çempionatı keçirilir (FOTO)

4–6 avqust tarixlərində Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 31-ci ölkə çempionatı keçirilir.