Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 12,13 milyon ABŞ dolları dəyərində 14 min 539 ton portağal idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 22 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 7,56 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 21 % az) 10 min 80 ton (-27 %), Cənubi Afrikadan (CAR) 2,1 milyon ABŞ dolları dəyərində (+68 %) 1 min 856 ton (+65 %), Misirdən 1,78 milyon ABŞ dolları dəyərində (+13 %) 1 min 615 ton (-11 %), Türkiyədən 684,52 min ABŞ dolları dəyərində (-41 %) 977,4 ton (-41 %), Çindən 5,9 min ABŞ dolları dəyərində (+20 dəfə) 5,33 ton (+267 dəfə) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 23,2 min ton portağalın 74,6 %-i İranın payına düşüb
Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb.
Nazirlər Kabineti "Səfərbərlik ehtiyatlarının nomenklaturası"nı təsdiq edib.
Baş nazir Əli Əsədov sentyabrın 10-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.