Bakıda "Azərbaycan Uşaqları" İctimai Birliyinin Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzində ixtisaslı həkim müayinələri təşkil olunub.
TƏBİB-dən "Report"a verilən məlumata görə, tibbi müayinələrə 4-17 yaş aralıqlarında 33 uşaq cəlb edilib və onlara 380-dən çox tibbi xidmət göstərilib.
Bildirilib ki, müayinələrin keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların profilaktik müayinələrini təşkil etmək, onların sağlamlığı ilə bağlı problemlərin erkən aşkarlanması və ağırlaşmaların qarşısını vaxtında almaqdır.
Pediatr, kardioloq, nevroloq, dermatoloq, uroloq, mama-ginekoloq, otorinolarinqoloq, endokrinoloq, hematoloq, terapevt, oftalmoloq, travmatoloq və psixiatrların iştirakı ilə baş tutan müayinələrdə, eyni zamanda ultrasəs müayinəsi (USM), elektrokardioqramma (EKQ) və laborator xidmətlər də göstərilib. Sağlamlıq vəziyyətləri müşahidəyə götürülən uşaqların müalicəsinin Sabunçu Tibb Mərkəzində davam etdirilməsi nəzərdə tutulub.
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358,5 milyon manatlıq mal satılıb.
Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 925 yanğına çıxış və 42 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.