Fərid Qayıbov Dünya Antidopinq Konfransında iştirak edib

Fərid Qayıbov Dünya Antidopinq Konfransında iştirak edib
03 Dek 2025 11:18

Gənclər və idman naziri Fərid Qayıbov Koreyanın Busan şəhərində Dünya Antidopinq Konfransında ("World Anti-Doping Conference 2025") iştirak edib.

Bu barədə "Report"a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Konfransda çıxış edən nazir antidopinq siyasətinin qlobal problemlərinə toxunub, həmçinin Azərbaycanın antidopinq sahəsində həyata keçirdiyi tədbirlər, beynəlxalq əməkdaşlıq fəaliyyəti və gələcək prioritetlər barədə məlumat verib.

F.Qayıbov çıxışında ölkəmizin ev sahibliyi etdiyi kütləvi idman tədbirləri, sağlam həyat tərzinin təşviqi ("sport lifestyle") və digər uğurlu layihələr haqqında da danışıb.

Səfər çərçivəsində nazir Fərid Qayıbov Koreyanın mədəniyyət, idman və turizm naziri Ce Hvi-Yanq, Dünya Antidopinq Agentliyinin (WADA) prezidenti Vitold Banka və Busan Böyükşəhər Bələdiyyəsinin meri Park Heonq-cun ilə müxtəlif görüşlər keçirib.

Görüşlər zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.



11 Sent 2026
İdman

Həftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI

Bu həftəsonu Avropanın bir çox yaşıl meydanları maraqlı futbol oyunlarına ev sahibliyi edəcək.

9 Sent 2026
İdman

Azərbaycan ağırlıqqaldıranı tələbələr arasında dünya çempionu oldu

Azərbaycanlı atlet Tehran Məmmədov Qətərin paytaxtı Dohada keçirilən tələbələr arasında keçirilən dünya çempionatının qalibi olub.

7 Sent 2026
İdman

Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq

Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunun bu həftə keçiriləcək bütün oyunlarından əvvəl Nepalda daşqınlar nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

4 Sent 2026
İdman

Azərbaycan parataekvondoçusu Muju Qran-Prisinin qalibi olub

Azərbaycanın parataekvondoçusu Sabir Zeynalov (58 kq) Cənubi Koreyanın Muju şəhərində keçirilən Qran-pri turnirinin qalibi olub.

4 Sent 2026
İdman

Ayxan Mirzəzadə Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıb.