Litva məcburi hərbi xidməti bərpa edir

Litva məcburi hərbi xidməti bərpa edir
03 Dek 2025 10:01

Litva 2026-cı ildən məcburi ilkin hərbi xidməti bərpa etməyi planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələri məlumat yayıb.

"2026-cı ildə çağırış il ərzində - 2 yanvardan 31 dekabra qədər baş tutacaq. Ümumilikdə təxminən 5000 nəfərin hərbi xidmətə çağırılması planlaşdırılır. Ölkənin müdafiə qabiliyyətini gücləndirmək, kifayət qədər aktiv ehtiyat qüvvəsini saxlamaq və gənclərin lazımi hərbi təlim keçməsi üçün şərait yaratmaq tədbirləri davam etdiriləcək", - deyə ordudan bildirilib.

Xatırladaq ki, daha əvvəl ölkə Seymi (parlament) hərbi xidmət haqqında qanuna müvafiq dəyişiklikləri təsdiqləyib. Yeniliyə əsasən, 18-22 yaş arası olanlar doqquz aylıq xidmətə çağırılacaqlar. Könüllü olaraq xidmət etmək istəyənlər bunu 18-39 yaşları arasında da edə bilərlər.



12 İyun 2026
Dünya

İndoneziyada gəmidə partlayış olub, 15 nəfər yaralanıb

İndoneziyanın Ulee-Lheue limanında yan almış "Aceh Hebat" (AH) 2 gəmisinin mühərrik bölməsində baş verən partlayış nəticəsində 15 nəfər yaralanıb.

12 İyun 2026
Dünya

Yaponiya modernləşdirilmiş raketini fəzaya buraxdı - VİDEO

Yaponiyanın modernləşdirilmiş "H3" daşıyıcı raketi cümə günü səhər sınaq məqsədilə fəzaya buraxılıb.

12 İyun 2026
Dünya

İranın cənubunda partlayışlar baş verib

İranın Hörmüzgan əyalətinin Sirik şəhəri yaxınlığında silsilə partlayışlar baş verib.

12 İyun 2026
Dünya

Çilidə güclü zəlzələ oldu

Çili akvatoriyasında 5.5 bal gücündə zəlzələ baş verib.

11 İyun 2026
Dünya

Türkiyə və Pakistan liderləri Paşinyanı təbrik etdilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Ermənistan lideri Nikol Paşinyanı rəhbəri olduğu Vətəndaş Sazişi Partiyasının seçkidə qələbəsi münasibəti ilə təbrik ediblər.