Bakıda Birləşmiş Ərəb Əmirliklərinin Müstəqillik Günü qeyd olunub

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin Müstəqillik Günü qeyd olunub
03 Dek 2025 09:20

Dekabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı - Müstəqillik Gününün 54-cü ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil olunub. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan və BƏƏ-nin Dövlət himnləri səsləndirilib.

Müstəqillik Gününün əhəmiyyəti barədə danışan BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi Birləşmiş Ərəb Əmirliklərinin inkişaf yolundan, dayanıqlı tərəqqiyə əsaslanan strateji potensialından bəhs edib. O, Azərbaycanla yüksəksəviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəlməsində mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, son illərdə ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsi artıb, investisiya, enerji, aviasiya və turizm sahələrində əməkdaşlıq genişlənib.Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək ölkələrimiz arasındakı dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib. Nazir BƏƏ Prezidentinin sentyabr ayında Qarabağa tarixi səfərinin iki ölkə arasında həmrəyliyin və qarşılıqlı etimadın bariz nümunəsi olduğunu bildirib. O, ticarət, investisiya, energetika və rəqəmsal iqtisadiyyat sahələrində imzalanmış sənədlərin əməkdaşlığı daha da gücləndirdiyini, bərpaolunan enerji və şəhərsalma layihələrində BƏƏ şirkətlərinin fəal iştirak etdiyini vurğulayıb. Qeyd edib ki, Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi və Birgə İnvestisiya Fondu ölkələr arasında yeni əməkdaşlıq imkanları açıb.

Sonra Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin inkişafına töhfə verən şəxslər mükafatlandırılıb.Tədbir bədii hissə ilə davam edib.

 

 



6 Okt 2026
Siyasət

Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib.

6 Okt 2026
Siyasət

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib.

6 Okt 2026
Siyasət

İlham Əliyev: "İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

Azərbaycanı inkişaf etməkdə olan kiçik ada dövlətlərindən minlərlə kilometr məsafə ayırsa da, bizi iqlim dəyişmələrinə dayanıqlılığı artırmaq üçün ortaq qətiyyət birləşdirir".

6 Okt 2026
Siyasət

Prezident: "Biz COP29 sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik"

"Biz COP29 sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik və onların problemlərini beynəlxalq aləmin diqqət mərkəzində saxlamağa çalışdıq".

6 Okt 2026
Siyasət

Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb.