Anar Əliyev: "Bu ilin sonuna qədər şəhid ailələri və qazilər üçün 400-ə yaxın ev alınacaq"

Anar Əliyev: "Bu ilin sonuna qədər şəhid ailələri və qazilər üçün 400-ə yaxın ev alınacaq"
02 Dek 2025 17:08

Bu ilin sonuna qədər Azərbaycanda şəhid ailələrinin və qazilərin mənzillə təmin edilməsi üçün 400-ə yaxın ev alınacaq.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin ikinci oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, dağlıq və dağətəyi rayonlarda coğrafi çətinliklər nəzərə alınaraq növbəti ildən həmin rayonlarla bağlı xüsusi yanaşma tətbiq olunacaq: "Mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və mənzil növbəsində olan ölkə üzrə bütün şəhid ailələri, müharibə əlilləri mənzillə təmin ediləcək. Şəhid ailələrinin və müharibə əlillərinin məşğulluğu ilə bağlı tədbirlər davamlı olaraq həyata keçirilir. 153 minə yaxın şəxsin şəxslə müvafiq qaydada iş aparılıb. Özü də məşğulluq proqramı bizim üçün ciddi bir alətdir. Bu proqram çərçivəsində 13,4 min şəxsin özünüməşğulluq proqramına cəlb olunmasını təmin edə bilmişik. Ümumilikdə isə 28,1 min bu kateqoriyadan olan şəxsi aktiv məşğulluq tədbirlərinə biz cəlb edə bilmişik".


10 Avq 2026
Cəmiyyət

Azərbaycanda zəlzələ olub

Lerik və Lənkəran rayonlarının ərazisində zəlzələ olub.

10 Avq 2026
Cəmiyyət

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358,5 milyon manatlıq mal satılıb.

10 Avq 2026
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb.

10 Avq 2026
Cəmiyyət

Sabah Bakıda yağış yağacaq - 11.08.2026

Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb.

10 Avq 2026
Cəmiyyət

FHN: Ötən həftə 925 yanğına çıxış olub, 43 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 925 yanğına çıxış və 42 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.