Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin "GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş." şirkətinin direktorlar şurasının sədri Abidin Gülmüş ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.
"Türkiyənin "GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş." şirkətinin direktorlar şurasının sədri Abidin Gülmüş ilə görüşmək xoş oldu. Şirkətin ölkəmizlə səmərəli əməkdaşlığı və əczaçılıq sənayesi sahəsində perspektivlər barədə danışdıq. Birgə fəaliyyət çərçivəsində əczaçılıq zavodu layihəsi üzrə cari vəziyyəti, görülmüş işləri və gələcək planları nəzərdən keçirdik", - paylaşımda bildirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə təbrik məktubu göndərib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə təlim keçmiş ispan pilotların tarixindən bəhs edən sənədli filmi paylaşıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) və Çinin "UnionPay" beynəlxalq ödəniş sistemi arasında QR kod əsaslı ödəniş həllərinin inkişafı müzakirə edilib.