Bəzi qaçqın və məcbur köçkün şagirdlərinə pulsuz önü bağlanılan cibli jaketlər veriləcək.
Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsi "Günteks" şirkəti ilə yeni müqavil bağlayıb.
Müqavilədə şagirdlər üçün 42-48 ölçüdə ümumilikdə 9000 ədəd cibli jaket sifariş edilib.
Materialı 70% yun, 30% akril olan toxunmuş yun jaketlərin rəngi göydür. Jaketlər Bakıda Zəngilan və Şuşa məktəblilərinə, Sumqayıtdakı Qubadlı məktəblilərinə, Gəncədəki Kəlbəcər məktəblilərinı, Goranboydakı Xocavənd, Xocalı məktəblilərinə, eləcə də Cəbrayıl, Füzuli, Ağdam Rayon İcra Hakimiyyətlərinə və Gəncə şəhəri, Qax, Bərdə, Ağcabədi rayon sektorlarına paylanılacaq.
Dünya bazarında "Azeri Light" markalı neftin qiyməti azalıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 13-nə olan rəsmi valyuta məzənnələrini elan edib.
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu sabah saat 23:59-da bitəcək.
Bu gün Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I hissə),Gəncə (II hissə), Mingəçevir şəhərlərində, Abşeron (I hissə), Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli 12 aprel tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə) rayonlarında, eləcə də tədrisi ingilis dilində aparılan ümumtəhsil müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı keçirilib.