Azərbaycan Portuqaliyada keçirilmiş dənizçiliyə dair seminarda iştirak edib

Azərbaycan Portuqaliyada keçirilmiş dənizçiliyə dair seminarda iştirak edib
02 Dek 2025 14:47

Azərbaycan Portuqaliyanın paytaxtı Lissabonda Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin (EMSA) təşkil etdiyi "Alternativ yanacaqlardan və enerji sistemlərindən istifadə edən gəmilərdə çalışan dənizçilərin xüsusi səriştələrinin müəyyən edilməsi" adlı seminarda iştirak edib.

"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, ölkəmizi tədbirdə agentliyin nümayəndə heyəti - Dənizçi sənədləri şöbəsinin müdiri Səbuhi Orucov və Təlim və sertifikatlaşdırma mərkəzinin aparıcı mütəxəssisi Rüstəm Aslanlı təmsil edib.

Seminar çərçivəsində "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" (DHDNÇ) Konvensiyanın mövcud müddəalarının yeni texnologiyalara uyğunlaşdırılması, təhsil müəssisələri və təlim mərkəzləri üçün yeni tədris proqramlarının hazırlanması və dənizçilərin xüsusi hazırlıq səviyyəsinin artırılması üçün zəruri olan normativ və praktiki addımlar müzakirə edilib. Həmçinin hidrogen, ammonyak, metanol və digər alternativ yanacaq növlərinin təhlükəsizlik tələbləri, risklərin qiymətləndirilməsi, bunker əməliyyatları və enerji sistemlərinin idarə olunması üzrə beynəlxalq təcrübə təqdim edilib.

S.Orucov seminarda iştirakın Avropa Komissiyası, Beynəlxalq Dəniz Təşkilatı, təhsil müəssisələri və təlim mərkəzləri, dənizçilik administrasiyaları və sənaye nümayəndələri ilə əməkdaşlığın gücləndirilməsi, qabaqcıl praktiki yanaşmaların öyrənilməsinə geniş imkan yaradacağına əminliyini ifadə edib.

 


17 İyul 2026
Siyasət

Azərbaycan və Çin QR kod əsaslı ödəniş həllərinin inkişafını müzakirə ediblər

Azərbaycan Mərkəzi Bankı (AMB) və Çinin "UnionPay" beynəlxalq ödəniş sistemi arasında QR kod əsaslı ödəniş həllərinin inkişafı müzakirə edilib.

17 İyul 2026
Siyasət

Azərbaycan və Rusiya arasında nəqliyyat və ticarət əməkdaşlığı müzakirə edilib (FOTO)

Azərbaycan və Rusiya arasında nəqliyyat və ticarət əməkdaşlığı, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

17 İyul 2026
Siyasət

Azərbaycan və Rusiya ticarət dövriyyəsinin daha da artırılmasında maraqlıdır - Lavrov

Azərbaycan və Rusiya ticarət dövriyyəsinin daha da artırılmasında maraqlıdır.

17 İyul 2026
Siyasət

Moskva və Bakı münasibətlərdə yaranmış fasilənin aradan qaldırılması istiqamətində addımlar atacaq - Lavrov

Moskva və Bakı münasibətlərdə yaranmış fasilənin aradan qaldırılması istiqamətində birgə çalışacaq.

17 İyul 2026
Siyasət

Azərbaycan və Rusiya arasında Məsləhətləşmələr Planı imzalanıb

Azərbaycan və Rusiyanın Xarici İşlər nazirlikləri arasında Məsləhətləşmələr Planı imzalanıb.