AAYDA-da payız-qış mövsümünə hazırlıq üçün xüsusi qərargah yaradılıb

AAYDA-da payız-qış mövsümünə hazırlıq üçün xüsusi qərargah yaradılıb
02 Dek 2025 13:06

Payız-qış mövsümünə hazırlıq, yol qurğularının normal istismarının, hərəkətin fasiləsizliyinin və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən görülən işlər davam etdirilir.

Oxu.Az xəbər verir ki, bu məqsədlə agentliyin balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının, eləcə də tabeliyindəki məhdud məsuliyyətli cəmiyyətlərin istehsalat bazalarının və idarə binalarının 2025-26-cı illərin payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün qurumun İdarə Heyəti sədrinin əmri ilə xüsusi qərargah yaradılıb.

Həmin əmrlə tabelikdəki MMC-lərin xidmət göstərdikləri avtomobil yollarında payız-qış mövsümünə hazırlıq, o cümlədən Bakı şəhərinin prospekt və küçələrinin qardan və buzdan təmizlənməsi üzrə Tədbirlər Planı təsdiq edilib.

Əmrə uyğun olaraq görülən işlərin icrası və qış mövsümünə hazırlığın gedişi keçirilmiş müşavirədə müzakirə olunub.

Müşavirə zamanı qış aylarında yarana biləcək çətinliklərin operativ şəkildə aradan qaldırılması üçün həyata keçirilən hazırlıq tədbirləri barədə məlumat verilib, məsul şəxslərlə mövcud vəziyyət ətraflı qiymətləndirilib.

Sonda müşavirə iştirakçılarına mövcud çatışmazlıqların aradan qaldırılması, payız-qış mövsümünə hazırlığın gücləndirilməsi və qarşıda görüləcək işlərin yüksək keyfiyyətlə icra olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

 


19 May 2026
Cəmiyyət

Birinci sinfə qəbulu prosesi tamamlandı

Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

19 May 2026
Cəmiyyət

Bakıda KANAT YOLU da çəkiləcək

"Bakıda yaxın perspektivdə yeni nəqliyyat növlərinin, o cümlədən kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur".

19 May 2026
Cəmiyyət

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Ölkə əhalisinin sayı ilin əvvəlindən 5814 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il aprel ayının 1-i vəziyyətinə 10268165 nəfərə çatıb.

19 May 2026
Cəmiyyət

Gələn həftə 5 gün EVDƏYİK

Azərbaycanda gələn həftə uzunmüddətli istirahət günləri olacaq.

19 May 2026
Cəmiyyət

Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.