İlham Əliyev: "Azərbaycan ilə BƏƏ arasında əməkdaşlıq geniş gündəliyə malikdir"

İlham Əliyev: "Azərbaycan ilə BƏƏ arasında əməkdaşlıq geniş gündəliyə malikdir"
02 Dek 2025 11:21

"Hazırda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında əməkdaşlıq geniş gündəliyə malikdir".

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirib.

O qeyd edib ki, iqtisadi-ticari, neft-qaz, bərpaolunan enerji, investisiya, rəqəmsallaşdırma və digər sahələrdə səmərəli birgə fəaliyyətimiz uğurla inkişaf edir.

"Əminəm ki, ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcək əməkdaşlığımızın dərinləşdirilməsi və şaxələndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl olaraq və uğurla davam etdirəcəyik", - deyə Azərbaycan Prezidenti vurğulayıb.


5 Dek 2025
Siyasət

Şavkat Mirziyoyev Pərviz Şahbazovu qəbul edib (FOTO)

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovu qəbul edib.

5 Dek 2025
Siyasət

Azərbaycan və Gürcüstan birgə kollecin yaradılmasını müzakirə edir

Azərbaycan və Gürcüstan energetika, dərin özüllü dəniz limanları tikintisi və sualtı kabellərin çəkilməsi sahəsində mütəxəssislər hazırlayacaq birgə kollecin yaradılması imkanını müzakirə edir.

5 Dek 2025
Siyasət

Elçin Əmirbəyov Cenevrədə Tobias Privitelli ilə görüşüb

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Cenevrə şəhərində Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) direktoru səfir Tobias Privitelli ilə görüş keçirib.

5 Dek 2025
Siyasət

Kəlbəcər, Laçın, Ağdərə və Xocalı ərazilərini əhatə edəcək yeni milli park yaradılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə bioloji müxtəlifliyin qorunması, o cümlədən xüsusi ekoloji əhəmiyyət daşıyan təbiət komplekslərinin mühafizəsi məqsədilə yeni milli parkın yaradılması istiqamətində müvafiq işlərə başlanılıb.