Zərdabda yol təmirinə 2 milyon manat ayrıldı

Zərdabda yol təmirinə 2 milyon manat ayrıldı
01 Dek 2025 13:19

Prezident İlham Əliyev Zərdab rayonunun Zərdab-Məlikumudlu-Çallı-Salahlı-Hüseynxanlı-Xanməmmədli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Oxu.Az President.az-a istinadən xəbər verir ki, Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Zərdab-Məlikumudlu-Çallı-Salahlı-Hüseynxanlı-Xanməmmədli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


11 Noy 2026
Siyasət

Bakıda istilik mövsümü başlayır - Bu halda ödəniş etməyə bilərsiz!

Bakı şəhərində və digər müvafiq ərazilərdə noyabrın 15-dən istilik verilişinə başlanılması üçün zəruri texniki hazırlıq təmin edilib.

11 Noy 2026
Siyasət

Ərdoğan COP təcrübəsini bölüşdüyü üçün Azərbaycana təşəkkür edib

COP31 üçün hazırlanmış unikal tərəfdaşlıq modelinə verdiyi töhfəyə görə Avstraliyanın Baş naziri Entoni Albaneze, əvvəlki sammitlərdə əldə etdikləri təcrübələri bölüşən Braziliyaya və can Azərbaycana təşəkkür edirik.

11 Noy 2026
Siyasət

Ərdoğan Azərbaycana təşəkkür edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana təşəkkür edib.

11 Noy 2026
Siyasət

Fuad Muradov Polşada Azərbaycan icması ilə görüşüb, Koordinasiya Şurasının toplantısında iştirak edib (FOTO)

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya səfəri çərçivəsində bu ölkədə yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşüb və Koordinasiya Şurasının toplantısında iştirak edib.