Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
05 Noy 2025 16:31

"Bakı KOB evi"ndə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ərazi partiya təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə millət vəkilləri, YAP rayon təşkilatının və ərazi partiya təşkilatının, KOBİA-nın nümayəndələri iştirak ediblər. 

Tədbirdə Zəfər Gününə dair film nümayiş olunub, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, millət vəkili Hikmət Məmmədov və YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsindən, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ordumuzun şücaəti və xalqımızın birliyi nəticəsində qazanılmış tarixi qələbədən bəhs olunub.  

Tədbir çərçivəsində Vətən müharibəsində iştirak etmiş KOBİA əməkdaşlarına təşəkkürnamələr, YAP-a yeni üzv olan Agentlik əməkdaşlarına üzvlük vəsiqələri və partiyanın işində aktiv iştirak edən əməkdaşlara fəxri fərmanlar təqdim edilib. 



19 May 2026
Siyasət

İlham Əliyevdən Sabir Rüstəmxanlı ilə bağlı SƏRƏNCAM

Xalq şairi Sabir Xudu oğlu Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib.

19 May 2026
Siyasət

Prezident Bolqarıstanda "Şuşa Parkı"nın salınması ilə bağlı sazişi TƏSDİQLƏDİ

"Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

19 May 2026
Siyasət

Rövşən Rzayev vətəndaşların müraciətlərini dinləyib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev növbəti vətəndaş qəbulu keçirib.

19 May 2026
Siyasət

Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir

Azərbaycan və Belarus arasında münasibətlər bütün istiqamətlər üzrə sürətlə inkişaf edir.