Gürcüstan və Azərbaycan Milli Muzeyləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Gürcüstan və Azərbaycan Milli Muzeyləri arasında əməkdaşlıq memorandumu imzalanıb
05 Noy 2025 15:17

Tbilisidə Gürcüstan Milli Muzeyi ilə Azərbaycan Milli Xalça Muzeyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

"Report"un yerli bürosu xəbər verir ki, memorandum çərçivəsində iki ölkə muzeyləri gələcəkdə sərgilərin təşkili, ustad dərsləri, xalçaçılıq və tekstil sahəsində konservasiya və restavrasiyada təcrübə mübadiləsi layihələrini həyata keçirməyi planlaşdırır.

Azərbaycan tərəfi ümid edir ki, yaxın gələcəkdə Gürcüstanın müxtəlif muzeylərində xalçaçılıq və tekstil mədəniyyətini əks etdirən sərgilər, interaktiv tədbirlər və təlim proqramları təqdim olunacaq.

Muzeylərarası əməkdaşlıq həm Azərbaycan, həm də Gürcüstan mədəni irsinin qorunması və geniş ictimaiyyətə təqdim olunması baxımından önəmli addım hesab olunur.


11 Apr 2026
Siyasət

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - VİDEO

Azərbaycan desantları Türkiyənin Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2026" ("Anadolu Ankası - 2026") beynəlxalq axtarış-xilasetmə təlimində şərti terrorçunu zərərsizləşdirib və qrup rəhbərini ələ keçirib.

11 Apr 2026
Siyasət

Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çinə səfər edib.

11 Apr 2026
Siyasət

Prezident İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfərindən eksklüziv görüntülər yayılıb.